Yaşar Əliyev: Regionumuzu geosiyasi qarşıdurma obyektinə çevirmək istəyirlər
YENİLƏNİB, FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının "Ümumi əməkdaşlıq yolu ilə sülhün qorunmasına yardım" mövzusunda açıq müzakirəsində çıxış edib. 

 

Səfir bildirib ki, 30 ildən çox işgal müddətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş ağır cinayətləri mühakimə etməkdən yayınan qüvvələr 4 minə yaxın itkin düşmüş azərbaycanlının taleyinə bu gün də biganə yanaşırlar.

 

Diplomat bildirib ki, regionda olmayan bəzi dövlətlərin Cənubi Qafqazı geosiyasi rəqabət və qarşıdurma obyektinə çevirmək, o cümlədən Ermənistanı silahlandırmaq və onun nifrət təbliğatını təşviq cəhdləri sülhə, barışığa və hərtərəfli inkişafa xidmət etmir.

 

Daimi nümayəndə silahlı münaqişə və onun dağıdıcı təsirlərinə baxmayaraq, Azərbaycanın regionda inkişafın və sülhün qorunması səylərini davam etdirərək reallaşdırdığı genişmiqyaslı layihələrdən danışıb: "Azərbaycan davamlılığa, inklüziv inkişafa, sosial ədalətə və təmiz enerjiyə diqqət yetirməklə ölkə iqtisadiyyatının yenidən qurulması üçün transformasiya xarakterli dəyişikliklərin sadiq tərəfdarı olub. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun 200 milyarda yaxın qeyri-enerji sektorunun payına düşür. Bundan əlavə, Azərbaycan nəqliyyat infrastrukturuna sərmayə yatırılmasına və regional tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinə böyük töhfə verərək, Avropa və Asiya arasında əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib.

 

Üç il əvvəl müharibə başa çatdıqdan sonra Azərbaycan məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasını, normal yaşayışını təmin etmək üçün işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, bərpası və yenidən qurulmasını, onların ölkə iqtisadiyyatına reinteqrasiyasını prioritet vəzifə kimi qoyub. Bu torpaqlara həyat tədricən qayıdır və köçkün ailələrin ilk qrupları artıq öz doğma yurdlarına qayıdıblar".

 

**09:14 (21.11.2023)


Çinin sədrliyi ilə keçirilən BMT Təhlükəsizlik Şurasında “Beynəlxalq sülhün və təhlükəsizliyin qorunması” gündəliyi çərçivəsində “Ümumi inkişaf yolu ilə sülhün qorunmasına yardım” mövzusunda açıq müzakirələr keçirilib.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.

 

Qeyd olunub ki, tədbirdə Azərbaycanın BMT-dəki səfiri Yaşar Əliyev bəyanatla çıxış edib.









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.