Azərbaycan və Tacikistan prezidentlərinin görüşü olub
YENİLƏNİB, foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb.


Senzor.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:


- Hörmətli Emomali Şaripoviç, Sizi Azərbaycanda salamlayıram. Sizinlə yenidən görüşməyimə şadam. Dəvəti qəbul etdiyinizə və SPECA Proqramının Sammitində iştirakınıza görə sağ olun. Görüşmək, danışmaq, həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq gündəliyini müzakirə etmək üçün daha bir yaxşı fürsətdir. Həmçinin Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Şurasının iclasında yeganə fəxri qonaq qismində iştirak etmək üçün dəvətinizə görə bir daha təşəkkürümü bildirmək istərdim. Mən bunu yüksək qiymətləndirirəm. Bunu dostluq və hörmət əlaməti hesab edirəm.


Münasibətlərimiz çox uğurla inkişaf edir. Son vaxtlar biz Sizinlə müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafını dəfələrlə müzakirə etmişik. Əminəm ki, Sizin hazırkı səfəriniz də münasibətlərimizin möhkəmləndirilməsi nöqteyi-nəzərindən əhəmiyyətli olacaq. Nümayəndə heyətlərimizin üzvləri artıq sıx təmasdadır, həm dünən görüşüblər, həm də bu gün davam edirlər. Çoxlu planlar, layihələr var. Ən əsası isə xalqlarımızın qardaşlığıdır, əminəm ki, ortaq gələcəyimizdir.


Bir daha “Xoş gəlmisiniz” deyirəm. Vaxtınızın xoş keçməsini diləyirəm.


Sonra Prezident Emoməli Rəhmon çıxış edərək dedi:


- Hörmətli İlham Heydər oğlu, çox sağ olun. SPECA-nın yubiley Sammitinə dəvətə görə təşəkkür edirəm. Səmimi qəbul üçün sağ olun.


İkitərəfli qarşılıqlı fəaliyyətimiz həm ticarət sahəsində, həm də humanitar müstəvidə dinamik şəkildə inkişaf edir. Azərbaycanlı dostlarımızın uğurlarına sevinirik, ölkəniz inkişaf edir. Düzgün qeyd etdiniz ki, son illər, xüsusən Sizin Düşənbəyə dövlət səfərinizdən sonra nazirliklərimiz və idarələrimiz çox fəal əməkdaşlığa başlayıblar. Çoxlu proqramlar işlənib hazırlanır, biz indi bu barədə danışırıq. Dəvətinizə görə sağ olun. Növbəti ildə olacaq səfərə hazırlaşırıq. Biz indi bunun üzərində işləyirik və müvafiq orqanlarımız qarşılıqlı fəaliyyət göstərir. Zənnimcə, bu, ikitərəfli münasibətlərimizə güclü təkan verəcək. Bu gün isə mən Sizinlə münasibətlərimizin mövcud vəziyyətini və perspektivlərini, regional problemləri müzakirə etməyə hazıram.


Bir daha səmimi qəbula görə çox sağ olun.

**12:02

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon noyabrın 24-də Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgi ilə tanış olub.


Senzor.az xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ali qonağa sərgi barədə məlumat verib. Bildirilib ki, SPECA-nın yaradılmasının 25 illiyi münasibətilə təşkil olunan sərgidə ancaq SPECA ölkələrinin stendləri yer alır. Həmin stendlərdə Azərbaycan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan dövlət müəssisələrinin və özəl şirkətlərin məhsullarının nümunələri nümayiş olunur. Bütün stendlər Azərbaycan tərəfindən vahid dizayn formatında quraşdırılıb.

Tacikistan Prezidenti sərginin Azərbaycan Milli Stendinin mərkəzində “Made in Azerbaijan” markası ilə istehsal edilən məhsullarla tanış olub. Qeyd edilib ki, burada Azərbaycanın 33 şirkətinin istehsal etdiyi spirtli içkilər, meyvə şirələri, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları, qurudulmuş meyvələr, süd məhsulları, kosmetik vasitə çeşidləri və “ABAD”çı sənətkarların hazırladıqları əl işləri təqdim olunur.


Məlumat verilib ki, burada Müdafiə Nazirliyinin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxınməsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və sair olmaqla, 88 adda müdafiə təyinatlı məmulat sərgilənir. Əvvəlki sərgilərdən fərqli olaraq, bu sərgidə ilk dəfə yeni yaradılan “AH-12,7” iriçaplı pulemyot da təqdim edilir.


Daha sonra Tacikistan Prezidenti Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın milli stendləri ilə tanış olub.


Sonda ali qonaq fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

**11:09

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 24-də Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşüb.


Senzor.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

**01:36

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

 

Senzor.az bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Tacikistan Prezidenti Emoməli Rəhmonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.