İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb - YENİLƏNİB, FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.


Senzor.az xəbər verir ki, Baş nazir İrakli Qaribaşvili SPECA-nın Zirvə görüşündə fəxri qonaq qismində iştirak üçün dəvətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi, SPECA-nın 25 illiyi münasibətilə təbriklərini çatdırdı. Gürcüstanın Baş naziri Azərbaycanın SPECA-ya sədrliyi dövründə bu Zirvə görüşünün keçirilməsini yüksək qiymətləndirdi.


Dövlətimizin başçısı Gürcüstana səfərini və səfər çərçivəsində aparılan müzakirələri məmnuniyyətlə xatırladı.


Söhbət əsnasında Azərbaycan ilə Gürcüstan arasında mehriban dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olundu. Transxəzər nəqliyyat dəhlizinin inkişafı və bu xüsusda Gürcüstan, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparıldı.


Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olundu. Əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

**13:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.


Senzor.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

**11:13

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili noyabrın 24-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.


Senzor.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.


Baş nazir İrakli Qaribaşvilini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

**10:43

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Bakıya səfərə yola düşüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məlumatı Baş nazirin mətbuat xidməti yayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.