Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari İsrail və radikal HƏMAS hərəkatı arasında razılaşma çərçivəsində 39 fələstinli qadın və uşağın İsrail həbsxanalarından azad edildiyini bildirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə əl-Ənsari X sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Biz razılaşmanın öhdəliklərini yerinə yetirərək İsrail həbsxanalarında saxlanılan 39 qadın və uşağın azad edilməsini təsdiq edirik",- deyə Qətər diplomatı vurğulayıb.
Qeyd edək ki, Qəzza zolağında fələstinli radikalların saxladığı 13 israilli girovdan ibarət ilk qrup Misirə gətirilib. Hazırda İsrail xüsusi xidmət orqanlarının nümayəndələri azad edilənlərlə danışıqlar aparırlar.