HƏMAS son bir saat ərzində 13 israilli və 7 əcnəbini Qırmızı Xaç Cəmiyyətinin əməkdaşlarına təhvil verib.
Bu barədə İsrail Dövlət Radiosu məlumat yayıb.
Onların artıq Nisirə təhvil vrildiyi bildirilir.
Qeyd edək ki, girovların dəyişdirilməsinin ilkin mərhələsində HƏMAS 25, İsrail isə 39 girovu azad edib.
**21:27 (25.11.2023)
HƏMAS hərəkatının hərbi qanadı Əl-Qəssam Briqadaları İsrail tərəfi atəşkəs razılaşmasının şərtlərinə əməl edənə qədər ikinci qrup israilli girovların azad edilməsini təxirə salıb.
Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, HƏMAS Siyasi Bürosu rəhbərinin media üzrə müşaviri Taher əl-Nunu deyib ki, İsrail Qəzza zolağında atəşkəs razılaşmasını dəfələrlə pozub.
Onun sözlərinə görə, israillilər yük maşınlarının ölkəyə girişi ilə bağlı müqavilənin müddəalarına da əməl etmirlər.
Qeyd edək ki, noyabrın 24-də HƏMAS dördü yeniyetmə olmaqla 13 girovu İsrail tərəfinə təhvil verib. Təl-Əviv isə bunun əvəzində 39 fələstinlini - 24 qadını və 15 yeniyetməni azad edib.