Moskvanın “Vnukovo” və “Domodedovo” hava limanları uçuşların müvəqqəti dayandırılmasından sonra fəaliyyətini bərpa edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hava limanlarına təyyarələr enməyə başlayıb, artıq bir uçuş həyata keçirilib.
Qeyd edək ki, bundan əvvəl Moskva meri Sergey Sobyanin pilotsuz uçuş aparatları (PUA) ilə Moskvaya hücum cəhdlərinin olduğunu açıqlamışdı. “Vnukovo” və “Domodedovo” hava limanlarında reyslər dron təhlükəsi ilə əlaqədar təxirə salınmışdı. Belə ki, ümumilikdə 7 reys təxirə salınmış, daha üçü isə ləğv edilmişdi.
Hava hücumundan müdafiə sistemləri PUA-ları zərərsizləşdirib.