İsrailin Baş naziri Benyamin Netanyahu bu gün Qəzza zolağının şimalındakı əsgərləri ziyarət edib.
Bu barədə “Tayms of İsrail” məlumat yayıb.
“Bizim bu müharibə üçün üç məqsədimiz var: HƏMAS-ı məhv etmək, bütün girovlarımızı geri qaytarmaq və Qəzzanın yenidən İsrail dövləti üçün təhlükəyə çevrilməməsini təmin etmək. Biz sona qədər, qələbəyə qədər davam edəcəyik. Bizi heç nə dayandıra bilməz və biz əminik ki, müharibənin bütün məqsədlərinə çatmaq üçün gücümüz, iradəmiz və əzmimiz var”, - deyə Baş nazir vurğulayıb.