Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb.
Senzor.az bildirir ki, Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdən ibarət növbəti köç karvanı noyabrın 27-də paytaxtın Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 106 nəfər köçürülür.
Bununla da indiyədək Füzuli şəhərində 308 ailənin, yəni 1106 nəfərin daimi məskunlaşması təmin edilib.