Türkiyə Milli Təhlükəsizlik Şurası Zəngəzur dəhlizini də müzakirə etdi
YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkənin Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, dövlət başçısının Beştəpədəki iqamətgahında keçirilən toplantı 2,5 saat davam edib.

 

İclasda Qəzzadakı vəziyyət, Türkiyənin bölgədə sülhü təmin etmək üçün göstərdiyi səylər müzakirə edilib. Fələstinə humanitar yardımın fasiləsiz çatdırılması ilə bağlı məsələlərə baxılıb.

 

İclasda Qafqazda baş verən hadisələr də gündəmdə olub. Azərbaycan və Türkiyəni birləşdirməsi gözlənilən Zəngəzur dəhlizi ilə bağlı son vəziyyət dəyərləndirilib.

 

Həmçinin Türkiyənin ölkə daxilində və sərhəddən kənarda qətiyyətlə həyata keçirdiyi terrorla mübarizə əməliyyatları da hərtərəfli dəyərləndirilib.

 

**09:42


Türkiyə Milli Təhlükəsizlik Şurasının ilin sonuncu toplantısında Cənubi Qafqazda və Zəngəzur dəhlizi ilə bağlı son durum müzakirə olunacaq.

 

Məlumatı “TRTHaber” yayıb.

 

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpədə keçiriləcək toplantıda Qəzza zolağındakı vəziyyət, Fələstinə humanitar yardımların çatdırılması və terrora qarşı mübarizə əməliyyatları da müzakirə ediləcək.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.