Ceyhun Bayramov NATO nümayəndəsi ilə regional məsələləri müzakirə edib
YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən 30-cu iclası çərçivəsində NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb


Senzor.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.


Bildirilib ki, Azərbaycan ilə NATO arasında mövcud əməkdaşlıq, o cümlədən regional və beynəlxalq məsələlər müzakirə edilib.

**17:00

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən 30-cu iclası çərçivəsində Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Dino Konakoviçlə görüşüb.


Senzor.az xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.


Nazir bildirib ki, görüş zamanı ikitərəfli məsələlər müzakirə olunub, ikitərəfli əlaqələrdən məmnunluq ifadə olunub.

**

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən 30-cu iclası çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Senzor.az xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.

Nazir bildirib ki, görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.


**16:15

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın paytaxtı Skopyedə İsveçrədən olan həmkarı İgnazio Cassis ilə görüşüb.

Senzor.az xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.

“İsveçrənin xarici işlər naziri İgnazio Cassis ilə çox məhsuldar görüş baş tutdu. ATƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində biz ikitərəfli münasibətlərin perspektivlərini nəzərdən keçirdik və ən aktual qlobal xarici siyasət məsələlərimizi geniş müzakirə etdik”, - nazir qeyd edib.


**09:28

Noyabrın 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın paytaxtı Skopye şəhərinə işgüzar səfərə yola düşüb.

 

Bu barədə Senzor.az-a XİN-dən məlumat verilib.

 

Səfər çərçivəsində XİN başçısının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.