"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Çinin paytaxtı Pekinə həyata keçirilən uçuşlar üçün xüsusi kampaniyaya start verib.
Senzor.az AZAL-a istinadən bildirir ki, kampaniya çərçivəsində Bakı-Pekin-Bakı marşrutu üzrə aviabiletlərin qiyməti 699 manatdan, Pekin-Bakı-Pekin marşrutu üzrə aviabiletlərin qiyməti isə 455 ABŞ dollarından başlayır.
Bu istiqamətlər üzrə endirimli aviabiletlər hər iki tarix daxil olmaqla 2023-cü ilin noyabrın 30-dan dekabrın 14-dək satışda olacaq.
Bakı və Pekin arasında uçuşlar dekabrın 19-dan etibarən həftədə iki dəfə — çərşənbə axşamı və bazar günləri həyata keçiriləcək.
Aviabiletləri rəsmi www.azal.az
saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək olar.