Türkiyə Qarabağ üçün günəş panelləri istehsal edib

Azərbaycanın Qarabağ bölgəsində günəş enerjisi Türkiyənin mühəndislik və enerji şirkəti “Solitek” tərəfindən istehsal olunan panellər vasitəsilə toplanacaq və saxlanılacaq.

 

Senzor.az bildirir ki, bu barədə “Anadolu” məlumat yayıb.

 

Məlumata görə, Adanada yerləşən şirkət Qarabağ bölgəsinin kənd yerlərinin günəş enerjisinə olan tələbatını ödəmək üçün baza stansiyalarında istifadə edilmək məqsədilə Azərbaycana enerji saxlama panelləri və avtomatlaşdırma proqramları ixrac edir.

 

Tərkibində litium-dəmir fosfat batareyaları olan panel günəşli havada toplanan enerjinin istifadə olunmamış hissəsini saxlayacaq və gecələr baza stansiyasını enerji ilə təmin edəcək.

 

Təxminən 2,5 ay əvvəl tenderdə qalib gələn “Solitek” artıq Azərbaycan üçün nəzərdə tutulan 33 panel və avtomatlaşdırma sistemindən 25-nin istehsalını başa çatdırıb və onları ölkəmizə göndərib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.