Rusiya ordusunun şəxsi heyəti 170 min nəfər artırıldı

Prezident Vladimir Putin öz fərmanı ilə Rusiya Silahlı Qüvvələri hərbi qulluqçularının sayını təxminən 170 min nəfər artırıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, sənəd Kremlin saytında dərc olunub və imzalandığı gündən qüvvəyə minib.

 

Belə ki, sənədə əsasən, silahlı qüvvələrin ştatı 2 209 130 nəfər, o cümlədən 1 320 000 hərbi qulluqçu müəyyən edilib. Halbuki bunadək analoji rəqəmlər 2 039 758 nəfər, o cümlədən 1 150 628 nəfər hərbi qulluqçu olub.

 

Rusiya Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrinin say tərkibinin artırılması haqqında Prezidentin fərmanı ilə əlaqədar səfərbərlik olmayacaq. Artım müqaviləli hərbçilər hesabına mərhələlərlə həyata keçiriləcək.

 

Qeyd olunub ki, Silahlı Qüvvələrin şəxsi heyətinin sayının artması Ukrayna müharibəsi səbəbindən ölkəyə qarşı təhlükələrin artması ilə bağlıdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.