MSK-da növbədənkənar Prezident seçkiləri ilə bağlı toplantı - VACİB QƏRARLAR QƏBUL EDİLDİ
YENİLƏNİB

Dekabrın 8-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.


Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən Senzor.az-a bildiriblər ki, əvvəlcə MSK sədri Komissiya üzvlərini növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə tanış edib. Sonra növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin olunması məsələsinə baxılıb və Sərəncamın müvafiq hissəsini təmin etmək məqsədilə seçkilərin 2024-cü il fevralın 7-nə təyin edilməsinə qərar verilib.


Komissiya seçkilərin keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas hərəkət və tədbirlərin müəyyən edilmiş qaydada və müddətdə seçki subyektləri tərəfindən ardıcıl və keyfiyyətlə gerçəkləşdirilməsi, onlara metodiki yardım göstərilməsi və seçki prosesindəki fəaliyyətlərinin səmərəliliyinin artırılması üçün zəruri məqamların əks olunduğu Təqvim planını təsdiq edib.

Sözügedən seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması, habelə vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də iclasda baxılıb və Komissiyanın qərarı ilə 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb. Qanunvericilikdə nəzərdən tutulmuş müddətdən gec olmayaraq dairə seçki komissiyaları nəzdində 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə dairə seçki komissiyalarına həvalə olunub.


MSK-nın qərarı ilə, həmçinin növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədin qeydə alınması üçün təqdim edilmiş imza vərəqələrində olan imzaların və digər seçki sənədlərindəki məlumatların düzgünlüyünü yoxlamaq üçün müvafiq dövlət qurumlarının mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və Komissiyanın üzvü işçi qrupunun rəhbəri təyin edilib.


Beynəlxalq təşkilat və xarici ölkələrin diplomatik nümayəndəliklərinin, eləcə də media qurumlarının təmsilçilərinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

**16:59

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov müraciət edən beynəlxalq qurumların nümayəndələrinə qapıların açıq olduğunu bəyan edib.


Bunu M.Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.


“Beynəlxalq qurumların nümayəndələri bizə müraciət edəndə həmişə qapılarımız onlara açıq olub”, - sədr deyib.


Onun sözlərinə görə, müəyyən qərəzli münasibət görəndə də, bunu açıq şəkildə müzakirə edirlər:


“Yenə də müzakirələrimiz açıq olacaq. Beynəlxalq təşkilatlar hansı məsələ qaldırsa, biz bunu açıq şəkildə ictimaiyyətə çatdıracağıq və müzakirələri də o cür aparacağıq. Mətbuatı da dəvət edəcəyik ki, proseslərdə iştirak etsin. Burda yaradılan şəraitdən istifadə etməyib, gedib kimdənsə soruşub bizə edilən şikayəti qəbul etməyəcəyik. Biz bütün mərhələlərdə şərait yaradırıq, ancaq bəziləri bundan istifadə etmir, gedir qıraqdan kiminsə dediyinə inanır. Ancaq bəzən qurumlar siyasi əhəmiyyət daşıyan məsələlərə diqqət edirlər”.

**16:30

Azad edilmiş ərazilərdə seçki məntəqələri təşkil ediləcək və 20 min seçici ilk dəfə orada səsə verəcək.


Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib.


Onun sözlərinə görə, azad edilmiş ərazilərdə seçkilərə xüsusi diqqət yetiriləcək: “Hərbi hissələri nəzərə alsaq, azad edilmiş ərazilərdə 20 min seçici var. Bu insanların azad edilmiş ərazilərdə ilk dəfə səs verəcəklər. Bu hadisə tarixə düşəcək”.

**16:18

Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planını təsdiq edib.


Senzor.az-ın xəbərinə görə, məsələ barədə məlumatı komissiyanın katibi Arifə Muxtarova təqdim edib.


Sonra MSK üzvləri Təqvim planını təsdiqləyib.


Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

**

Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar Prezident seçkilərini təyin edib.


Bu barədə qərarı MSK sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında bildirib.


Qərara əsasən, gələn il fevralın 7-nə növbədənkənar Prezident seçkiləri təyin edilib.


Qərar dərc edildiyi gündən qüvvəyə minir.

**16:03

Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar Prezident seçkiləri iə əlaqədar iclası keçirilir.


Senzor.az-ın xəbərinə görə, iclasın gündəliyinə 4 məsələ daxildir:


1. Növbədənkənar Prezident seçkilərinin təyin edilməsi;


2. Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planının təsdiq edilməsi;


3. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və hərəkətsizlikdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılması;


4. Növbədənkənar Prezident seçkilərində MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi.

**12:56

Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.


Senzor.az-ın xəbərinə görə, MSK-nın növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar iclası saat 16:00-da keçiriləcək.


Qeyd edək ki, fevralın 7-də Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Mərkəzi Seçki Komissiyası növbədənkənar prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Məcəllədə müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.


Seçki Məcəlləsinə əsasən, Prezident növbədənkənar prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər MSK tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.


Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra prezidentliyə namizədlər irəli sürülür.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.