Dekabrın 10-da Serbiyanın Niş şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşündən sonra birgə nahar əsnasında geniş tərkibdə görüşü olub.
**17:22
Dekabrın 10-da Serbiyanın Niş şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub.
Senzor.az bildirir ki, görüşdə Azərbaycan ilə Serbiya arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə uğura inkişaf etdiyi bildirilib, əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının əhəmiyyəti qeyd edilərək, Azərbaycanın Avropanın qaz təchizatına verdiyi töhfə xüsusi vurğulanıb.
Dövlətimizin başçısı Serbiya Prezidentini Azərbaycana səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.