COP29 gələn il Azərbaycanda keçiriləcək

İqlim Dəyişikliyi üzrə BMT konfransı - COP29 gələn il Azərbaycanda keçiriləcək.


APA xəbər verir ki, bu barədə qərar Dubayda COP28 çərçivəsində baş tutan plenar sessiyada elan olunub.


Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycan Hökuməti adından çıxış edib.


Nazir deyib ki, Azərbaycan Hökuməti iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığın vacibliyini başa düşür: “Şərqi Avropa qrupuna bizim namizədliyimizi dəstəklədiyinə görə təşəkkür edirik. Dayanıqlılıqla bağlı fəaliyyətimiz yalnız vədlərdən ibarət deyil, biz bu istiqamətdə işləyirik, ciddi addımlar atırıq.


Biz anlayırıq ki, iqlim dəyişikliyi və onun nəticələri ilə mübarizə qlobal səviyyədə koordinasiyalı fəaliyyəti, birgə təşəbbüsləri tələb edir və biz bunun əhəmiyyətini anlayırıq”.


Nazir qeyd edib ki, Azərbaycan COP29-a ev sahibliyi edəcəyinə şaddır:


“Biz inanırıq ki, COP29 iqlim dəyişikliyi ilə effektiv mübarizədə ümidin, bu istiqamətdə göstərilən səylərin inkişafının simvolu olacaq”.


Azərbaycanın mədəniyyətini, tarixini, təbiətini əks etdirən videoçarx COP28 çərçivəsində plenar iclas iştirakçılarına təqdim olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.