Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında hava əməliyyatı keçirib və bu əməliyyat zamanı PKK terror qruplaşmasının 13 obyekti məhv edilib.
Türkiyə Milli Müdafiə Nazirliyinin “X” hesabında paylaşılan (keçmiş “Twitter”) məlumat belə deyilir.
“Hava əməliyyatı dekabrın 11-də yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 19:00-da – red.) həyata keçirilib. İraqın şimalında Qara, Metina, Hakurk və Kandil ərazilərində terrorçuların hədəflərinə zərbələr endirilib”, - deyə məlumatda qeyd olunub.
Bu hədəflərin içində təşkilatın məsul şəxslərinin olduğu da bildirilir. Əməliyyat zamanı çox sayda mağaralar, sığınacaqlar və silah anbarları dağıdılıb.