Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun görüşü 2024-cü ilin yanvarında Vaşinqtonda olacaq.
Senzor.az bildirir ki, bu barədə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan məlumat verib.
"Hazırda imzalanacaq yekun və razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur. Ümid edirik ki, yanvarda XİN rəhbərlərinin görüşündə biz bu mətni razılaşdıracağıq", - deyə diplomat bildirib.