Hakan Fidan ABŞ-dan Bakıya gəldi - İLHAM ƏLİYEVLƏ GÖRÜŞ…
YENİLƏNİB

“Prezident İlham Əliyevlə sülh danışıqlarının gedişatı və təfərrüatları barədə ətraflı söhbətimiz oldu”.

 

Senzor.az bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirdiyi brifinqdə deyib. 

 

“Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün tarixi fürsət yaranıb və bu fürsəti əldən vermək olmaz”, - deyə H.Fidan əlavə edib.

 

Qeyd edək ki, Fidan Bakıya ABŞ-dakı danışıqlardan dərhal sonra gəlib. Bu, onun Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri təyin edildikdən sonra Azərbaycan paytaxtına üçüncü səfəridir. Və Fidanın Vaşinqtona səfərinin əsas məqsədi Ankaranın başlatdığı Qəzza zolağında atəşkəsə nail olmaq üçün diplomatik səyləri davam etdirmək olsa da, Cənubi Qafqazdakı vəziyyət və Ermənistan-Azərbaycan sülh prosesi də müzakirə edilib.

 

Onu da xatırladaq ki, Hakan Fidan Bakıda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildikdən sonra onunla  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında təkbətək görüş keçirilib. Daha sonra isə müzakirələr nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.

 

**12:30 (14.12.2023)


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.


Senzor.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.


Dövlət başçıları və digər səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əməkdaşlığımızın daha da möhkəmlənməsi işinə töhfə verdiyi bildirildi.


Söhbət zamanı əlaqələrimizin bundan sonra da bütün istiqamətlərdə daha da möhkəmlənəcəyinə əminlik ifadə olundu, əməkdaşlığımızın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparıldı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.