Zahid Oruc namizədlik üçün MSK-ya rəsmən müraciət etdi

7 fevral 2024-cü il tarixində keçiriləcək Azərbaycan Respublikası prezident seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülən, Sosial Tədqiqatlar Mərkəzi  (STM) İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc rəsmən Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

 

Senzor.az bildirir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzindən məlumat verilib.

 

“Qanunvericiliyə uyğun olaraq, ilkin Bildiriş və Öhdəlik sənədlərinin tərtibi ilə proseslərə start verilib. Mərkəzi Seçki Komissiyası sənədlərin qanunlara uyğunluğunu yoxladıqdan sonra namizədliyin müdafiəsi üçün imza vərəqlərinin verilməsini həyata keçirəcək. Namizədin Seçki Qərargahı yaradılaraq, müvafiq fəaliyyət planının hazırlanması üçün addımlar atılıb. Növbəti görülən işlərə dair mütəmadi qaydada ictimaiyyətə məlumatlar veriləcək”, - məlumatda qeyd olunub.

 

Qeyd edək ki, dünən STM sədri, deputat Zahid Oruc prezident seçkilərində namizəd olacağını açıqlamışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.