Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şimali Kipr Prezidenti Ersin Tatar arasında görüş olub.
Senzor.az “Anadolu”ya istinadən bildirir ki, İstanbuldakı Dolmabahçe Ofisində baş tutmuş görüş mətbuata qapalı keçirilib.
Agentliyin məlumatına görə, görüşdə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və Şimali Kiprin Baş naziri Ünal Üstel də olublar.