Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan serbiyalı həmkarı Aleksandar Vuçiçlə telefonla danışıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, Ərdoğan serbiyalı siyasətçini seçkilərdəki qələbə ilə əlaqədar təbrik edib. Telefon danışığında Türkiyə – Serbiya münasibətləri, qlobal və regional məsələlər müzakirə olunub.
“Prezident Ərdoğan yeni dövrdə də iki ölkə arasındakı güclü münasibətlərin və əməkdaşlığın inkişaf edərək davam edəcəyini söyləyib”, – məlumatda qeyd olunub.