7 fevral 2024-cü ili Ərazi Bütövlüyümüzün və Dövlət Suverenliyimizin bərpa aktına Azərbaycan xalqının və dünya Azərbaycanlılarının bir nəfər kimi imza afdığı gün kimi əbədliəşdirək!
Bütün seçki məntəqələrinin qarşısına misilsiz, heç vaxt heç kimin görmədiyi ümumxalq coşğusu yaratmaq üçün gedək! Qoy Azərbaycanı və Azərbaycanlıları bütün dünya görsün!
Gəlin özümüzü sınayaq! Hamıya göstərək ki, Qalib xalqın Bayram və Əzəmət dolu səsi birlikdə necə çıxır?! Səsvermə məntəqələrinə Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Xankəndi, Füzuli, Cəbrayıl, Xocalı, Zəngilan, Qubadlı, Əsgəran, Hadrut, Ağdərə…-li xəritəyə imza atmaq üçün gedək! Hər kəs özü ilə bir şəhid ruhu da aparsın!
Qarabağın Azərbaycan olmasını milyonların imzasıyla sübut edək! Qələbəni bir-birimizə arxayın olmayaq! Hər birimizdən asılı edək!
44 günlük müharibə zamanı savaş nümunəsi olduq!
23 saatlıq antiterror əməliyyatı ilə örnək olduq!
7 fevralda Qələbənin səs paradı nümunəsini göstərək!
Mir Şahin Ağayev,
Real TV-nin direktoru