Azərbaycanla sərhəddə COVID-19-a rekord yoluxma qeydə alındı

Noyabrın 20-dən dekabrın 17-dək dünyada koronavirusa yoluxma halları əvvəlki dörd həftə ilə müqayisədə 52% artıb. Ən çox yoluxma halı isə Rusiyada qeydə alınıb - 279 359. Bununla belə, COVID-19-dan ölüm dünyada 8% azalıb.

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumatda belə deyilir.

 

Qeyd olunur ki, dörd həftə ərzində dünyada 854 673 yoluxma və 3 005 ölüm faktı qeydə alınıb.

 

Rusiya Federasiyasından başqa, ən çox koronavirusa yoluxma hallarının qeydə alındığı ilk beş ölkəyə Sinqapur (120 898), İtaliya (114 795), Polşa (39 828) və Avstraliya (39 505) daxildir. Ən çox ölüm halı İtaliyada qeydə alınıb - 510. Sonrakı yerdə İsveç (396), Rusiya (376), Avstraliya (211) və Polşa (141) gəlir.

 

Qeyd edək ki, ÜST tərəfindən COVID-19 virusunun yeni ştamı (“JN.1”) “nəzarətdə saxlanılan variantlar” siyahısından çıxarılaraq “diqqət tələb edən” variantlar siyahısına daxil edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.