Yanvarın 1-dən Rusiya Avrasiya İqtisadi İttifaqına (Aİİ) sədrliyi Ermənistana təhvil verəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Aİİ-nin Sankt-Peterburqda keçirilən sammitində deyib.
“Mən erməni tərəfdaşlarımıza və dostlarımıza uğurlar arzulamaq istəyirəm”, - deyə o vurğulayıb.
Putin “erməni tərəfdaşlara” kömək etməyə hazır olduqlarını qeyd edib.