Kamran Əliyev iranlı həmkarı ilə Tehrandakı səfirliyimizə hücumu müzakirə etdi - FOTO

Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə İranın Baş prokuroru Mohammad Kazem Movahedi-Azad arasında videoformatda geniştərkibli görüş keçirilib.

 

Bu barədə Senzor.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

 

Görüşdə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə bu ilin 27 yanvar tarixində edilən terror hücumu ilə bağlı cinayət işi üzrə məhkəmə baxışının keçirilməsi, yekun qərarın qəbulunun sürətləndirilməsi və hüquqi əməkdaşlıq mexanizmləri müzakirə olunub.

 

Bundan başqa, görüş zamanı ölkələrimizin prokurorluq orqanları arasında hüquqi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

 

Görüşdə Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə və İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi də iştirak ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.