Polşada dövlət televiziyası, radiosu və xəbər agentliyi ləğv edildi

Polşanın Mədəniyyət Nazirliyi büdcədən maliyyələşmənin dayandırılması ilə əlaqədar dövlət mediasını - Polşa Televiziyasını, Polşa Radiosunu və Polşa Mətbuat Agentliyini ləğv edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edək ki, dekabrın 27-də Polşa Prezidenti Anjey Duda yeni hakim koalisiyanın 2024-cü ildə dövlət mediasının maliyyələşdirilməsinə 3 milyard zloti (təxminən 770 milyon dollar) ayırmağı nəzərdə tutan qanun layihəsinə veto qoyub. Sənədə veto qoyulması qərarını şərh edən Duda bildirib ki, dövlət mediasına pul ayırmazdan əvvəl onlar “ədalətlə və qanuni şəkildə bərpa edilməlidir”.

 

Xatırladaq ki, Polşanın yeni hökuməti dövlət mediasının rəhbərliyini “qərəzlilik və təbliğata” görə işdən çıxarıb.

 

Polşanın mədəniyyət və milli irs naziri Varfolomey Senkeviç bildirib ki, indiki vəziyyətdə bu qərar həmin şirkətlərin davamlı fəaliyyətini təmin edəcək, lazımi restrukturizasiyanı həyata keçirəcək və maliyyə çatışmazlığı səbəbindən işçilərin ixtisarının qarşısını alacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.