Dekabrın 28-də Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.
Senzor.az bildirir ki, bu mərhələdə Laçın şəhərinə daha 25 ailə (80 nəfər) köçürülüb.
Bunlardan 13 ailə (38 nəfər) Bakı şəhərində, beş ailə (17 nəfər) Bərdə rayonunda, beş ailə (15 nəfər) Sumqayıt şəhərində, iki ailə (10 nəfər) Abşeron rayonunda məskunlaşmışdı. Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 20 ailə (63 nəfər) Qaradağ rayonunda məcburi köçkünlər üçün tikilmiş “Qobu Park-3” yaşayış kompleksindən yola salınıb. Bərdə rayonunda yaşayan beş ailə (17 nəfər) isə məskunlaşdıqları ərazidən yola salınacaq və Horadiz şəhərində köç karvanına qoşulacaq.
Qeyd edək ki, indiyədək Laçın şəhərində 408 ailənin (1555 nəfər) daimi məskunlaşması təmin olunub.