"Bakı daha vaxt itirmək fikrində deyil" - PREZİDENTİN XÜSUSİ NÜMAYƏNDƏSİ

Sülh prosesinin bu həlledici mərhələsində, bütövlükdə tərəflərin sülh sazişi üzərində razılığa gəlməkdən uzaq olmadığı bir vaxtda İrəvanın konkret nəticələrə nail olmaq üçün səmimi öhdəliyi zəruridir.


Bunu Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov "The Guardian"a müsahibəsində deyib. O qeyd edib ki, ötən həftə sülh sazişinin mətninin son variantını Ermənistan tərəfinə təhvil verən Bakı indi İrəvandan öz təkliflərinə cavab gözləyir.


Onun sözlərinə görə, Ermənistan Azərbaycanla sülhün özü üçün bütün faydalarını tam şəkildə dərk etməli və nəhayət, sülh prosesini pozmağa və ölkəmizlə hərbi qarşıdurmaya qayıtmağa yönəlmiş bütün zərərli illüziyalardan və zərərli maxinasiyalardan əl çəkməlidir.


Bakının hazırladığı sülh sazişi layihəsinin əsasını təşkil edən beş əsas prinsipi qeyd edən prezidentin nümayəndəsi eyni zamanda vurğulayıb ki, sərhədin müəyyənləşdirilməsi məsələsi onun mürəkkəb və vaxt aparan xarakterini nəzərə alaraq sonrakı mərhələdə həll oluna bilər.


Elçin Əmirbəyov sülh sazişinin imzalanmasından sonra tərəflər arasında mübahisələrin həlli mexanizmi barədə suala cavabında bildirib ki, Azərbaycan bu məsələdə kənardan heç bir lazımsız müdaxilə olmadan ikitərəfli Ermənistan-Azərbaycan komissiyasının yaradılması ideyasına üstünlük verir.


Azərbaycan ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin təmin olunmasına gəlincə, Bakı bu məsələni təkcə Çini Avropa ilə Orta Dəhlizlə birləşdirən alternativ marşrutun yaradılması kontekstində deyil, həm də onun milli təhlükəsizliyinin təmin edilməsinin mühüm elementi kimi dəyərləndirir. Bu mənada Əmirbəyov vurğulayıb ki, Bakı üç il boş yerə Ermənistandan aydın cavab gözlədikdən sonra daha vaxt itirmək fikrində deyil:


"Əgər Ermənistan Zəngəzur dəhlizinin yaradılmasında faydasını dərk edə bilmirsə, Azərbaycan tərəfindən ona qarşı gözlənilən təcavüz barədə absurd rəvayətləri yaymaqda davam edirsə və regional dalana dirənməkdə davam etmək niyyətindədirsə, Azərbaycan artıq konkret fəaliyyətə keçib və qonşu İran ərazisindən yuxarıda qeyd olunan nəqliyyat əlaqələrinin yaradılmasına üstünlük verməklə “B planı”nı həyata keçirməyə başlayıb".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.