"ABŞ ilə yaranmış gərginliyin səbəbkarı Azərbaycan deyildi" - CEYHUN BAYRAMOV
YENİLƏNİB

Xarici işlər naziri Ceyhun Bayramov ABŞ ilə yaranmış gərginliyin səbəbkarının Azərbaycan olmadığını bəyan edib.


Nazir dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib ki, artıq gərginlik sözündən istifadə etmək doğru deyil.


Onun sözlərinə görə, ABŞ ilə Azərbaycan arasındakı münasibətlərlə bağlı Bakının mövqeyi aydın ifadə olunub: "Səbəblər hər kəsə aydındır. O vaxtdan bəri biz müsbət tendensiyanın şahidi olduq".


Nazir Azərbaycanın ABŞ ilə münasibətlərin inkişafında maraqlı olduğunu bildirib: "Biz hər zaman yaxşı tərəfdaş olmuşuq. Müxtəlif sahələrdə əməkdaşlıq edib, çoxsaylı layihələr həyata keçirmişik. Azərbaycan hər zaman etibarlı tərəfdaş olub".


C. Bayramov qeyd edib ki, Bakının gözləntisi münasibətlərin tamamilə normallaşması istiqamətində addımların atılmasıdır.

**

Rusiya sülhməramlı kontingentinin fəaliyyət müddəti sənəd əsasında tənzimlənir.


Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.


"Fakt ondan ibarətdir ki, üçtərəfli bəyanat var və bu sənəd liderlər səviyyəsində imzalanıb. Həmin sənəddə Rusiya sülhməramlı kontingentinin Azərbaycandakı fəaliyyəti 2025-ci ilə kimi nəzərdə tutulub. Bu sənəd əsas götürülməlidir", - o qeyd edib.

**

Ermənistan beynəlxalq məhkəmələrə sülh müqaviləsi gündəmindən fərqli mövqelər təqdim edir.


Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.


Nazir qeyd edib ki, Azərbaycan Ermənistana, Ermənistan da Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə bir sıra iddialar qaldırıb.


O bildirib ki, bu proses sülh gündəliyi ilə eyni vaxtda davam edir: “Bu ziddiyyət həm bizi, həm də İrəvanı düşündürməlidir”.


Nazirin sözlərinə görə, başqa bir məsələ Ermənistanın beynəlxalq məhkəmələrə təqdim etdiyi sənədlərdə Ermənistanın sülh müqaviləsi ilə bağlı qəbul etdiyi 5 baza prinsip arasında ziddiyyət var: “Yəni Ermənistan beynəlxalq məhkəmələrə sülh müqaviləsi gündəmindən fərqli mövqelər təqdim edir”.

**

Rəsmi Bakı Ukraynada dialoq yolunu dəstəkləyir.


Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də Xarici İşlər Nazirliyinin (XİN) ilin yekunlarına dair mətbuat konfransında deyib.


Nazir Ukraynadakı faciənin iki ildir davam etməsindən təəssüfləndiyini qeyd edib.


Onun sözlərinə görə, rəsmi Bakı Ukraynadakı müharibənin sülh yolu ilə həllini dəstəkləyir.

**16:44

Azərbaycan və Ermənistan danışıqları üçüncü tərəfin girovuna çevrilməməlidir.


Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.


Nazir bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri və nümayəndə heyətləri dövlət sərhədində görüşə bilər. Belə bir təkliflə Azərbaycan çıxış edib.


XİN başçısı xatırladıb ki, iki ölkənin delimitasiya komissiyaları artıq iki dəfə sərhəddə görüşüb.

**16:03

"İranda səfirliyimizin bağlanmasının konkret səbəbləri var. Bu hücum və təhlükəsizliklə bağlıdır. İnsanların həyat və təhlükəsizliyinə ciddi risk var idi”.


Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nazirliyin ilin yekunlarına dair mətbuat konfransında deyib.


Onun sözlərinə görə, İran tərəfi ilə bu məsələ daim müzakirə mövzusudur: “Gözləntimiz bundan sonra odur ki, bu cinayəti törədən şəxs cəzalandırılmalı və səfirliyimizin təhlükəsizliyinə tam təminat verilməlidir. Nəticələrdən asılı olaraq isə qərar qəbul olunacaq. Müsbət həll olarsa, səfirliyimizin bərpası mümkün olacaq”.

**15:46

2023-cü ildə Azərbaycan tərəfi İslam Əməkdaşlıq Təşkilatına da öz töhfəsini verməyə davam edib. İƏT xarici işlər naziri şurasında Xocalı soyqırımı, mədəni-tarixi abidələrin dağıdılması, eləcə də Tehrandakı səfirliyimizə terror hücumu ilə bağlı bəyanatlar qəbul edilib.


Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.


“Azərbaycan, həmçinin 2023-cü ildə Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlərlə birgə məqsədyönlü layihələr həyata keçirib və Uqanda ilə sədrlik təcrübəsini bölüşüb. Ölkəmiz Türk Dövlətləri Təşkilatı ilə münasibətlərə də xüsusi önəm verib. 3 noyabrda TDT-nin 10-cu yubiley Zirvə görüşündə Azərbaycanın suverenliyinin bərpası tam alqışlanıb”, - nazir deyib.


Nazir deyib ki, il ərzində Azərbaycan və Aİ arasında enerji, nəqliyyat, ticarət sahələrində yüksək səviyyədə dialoq davam edib:


"Azərbaycan Şərq Tərəfdaşlığı çərçivəsində müzakirələrdə təmsil olunub. Azərbaycan 2023-cü ildə NATO, AEBA ilə əməkdaşlıqarını davam etdirib".


Ceyhun Bayramov, həmçinin bildirib ki, Azərbaycan İsrail və Fələstin arasında gərginləşən vəziyyətlə bağlı region ölkələri ilə təmasda olub:


"Azərbaycan münaqişə ilə bağlı Ciddə və Ər-Riyad şəhərlərində keçirilən fövqəladə iclaslarda iştirak edərək Azərbaycanın İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyini ifadə edib”.


Nazirin sözlərinə görə, qardaş Türkiyədə baş verən zəlzələdən sonra bu ölkəyə yardım və Ukraynaya göndərilən humanitar yardım Azərbaycanın verdiyi humanitar yardımlar arasında xüsusi çəki təşkil edir.


XİN rəhbəri onu da qeyd edib ki, Azərbaycan həmçinin Qəzza zolağındakı mülki əhaliyə yardım məqsədilə BMT-nin fələstinli qaçqınlara yardım üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) 2 milyon dollar vəsait ayırıb.

**15:19

Bu il Azərbaycanın İrandakı səfirliyinə hücum Bakı-Tehran münasibətlərində gərginlik yaratmışdı.


Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekunlarına dair mətbuat konfransında deyib.


O bildirib ki, sonradan təmaslar nəticəsində bu gərginliyi yumşaltmaq mümkün olub.


Nazirin sözlərinə görə, bu il Azərbaycanın bir sıra Avropa dövlətləri ilə əlaqələri xüsusi dinamikaya malik olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.