"Qalatasaray" və "Fənərbağça" komandaları arasında Səudiyyə Ərəbistanında oynanılması planlaşdırılan Türkiyə Superkuboku ləğv edilib.
Senzor.az bildirir ki, bu barədə NTV məlumat yayıb.
Buna səbəb yerli hakimiyyətin arenada Atatürk pankartlarını, köynəkləri və İstiqlal Marşını (Türkiyənin dövlət himni - red.) qadağan etməsi olub.
Səudiyyə rəsmiləri Türkiyə tərəfinin müraciətlərinə mənfi cavab verib.
Nəticədə “Qalatasaray” - “Fənərbağça” matçı ləğv edilib. Futbolçuların Türkiyəyə geri qayıtmağa hazırlaşdığı bildirilir.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlamalı idi.