“Boeing” şirkətində təlaş: Bütün müştərilərə “QAYKA XƏBƏRDARLIĞI”

“Boeing 737 Max” təyyarəsinin operatorlarından biri gündəlik texniki qulluq zamanı sükan sistemində qaykası olmayan bolt aşkarlayıb. Sonra təyyarə istehsalçısının özü hələ göndərilməmiş təyyarələrdən birində zəif bərkidilmiş qayka ilə bolt aşkar edib.

 

TASS bildirir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.

 

Korporasiya bütün müştərilərini “737 Max” model təyyarələrində boş boltların olub-olmadığını yoxlamağa çağırıb.

 

Mediada yayılan məlumata görə, xəbər fonunda “Boeing”in səhmləri 1,2% ucuzlaşıb.

 

Qeyd edək ki, “Boeing 737 Max” 2019-cu ildə 300-dən çox insanın ölümünə səbəb olan iki qəzadan sonra istismardan çıxarılmışdı. Araşdırma zamanı təyyarənin yaradılması zamanı qanun pozuntuları aşkar edilib.

 

“737 Max” 2020-ci ilin dekabrında milyardlarla dollar ödəmələrdən sonra yenidən xidmətə qayıdıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.