Rusiya BMT TŞ-nin iclasını çağırdı

Rusiya Ukrayna Silahlı Qüvvələrinin Belqorod şəhərinə zərbə endirməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının (TŞ) növbədənkənar iclasının keçirilməsini istəyib.

 

Senzor.az bildirir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib.

 

“Biz bu gün, dekabrın 30-da Nyu-York vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 31 dekabr, saat 00:00-da) Təhlükəsizlik Şurasının Belqorod üzrə iclasının keçirilməsini istəmişik. Biz həmçinin Çexiyanın daimi nümayəndəsinin iştirakını tələb etdik, qoy o, ölkəsinin mülki insanların ölümünə səbəb olan sursatları tədarük etməsinə görə cavab versin”, - Polyanski qeyd edib.


Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Belqorodun mərkəzinə endirdiyi zərbələr nəticəsində 14 nəfər ölüb, 108 nəfər isə yaralanıb.

 

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi bildirib ki, “Bu hücum cəzasız qalmayacaq”.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.