Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Məzahir Pənahovun sədrliyi ilə dekabrın 31-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 2023-cü il 26 dekabr tarixli iclasının protokolu təsdiq edilib.


Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən Senzor.az-a bildirilib ki, sonra 2024-cü il fevralın 7-nə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzv təyin edilmiş Cəfərov Kamal Xaqani oğlunun üzvlüyünün təsdiq olunmasına qərar verilib.


Sonra namizədliyi özü tərəfindən irəli sürülmüş Əvəz Bəbirxan oğlu Temirxanın namizədliyinin irəli sürülməsi də təsdiq olunub.


İclasda, habelə seçkilərdə namizədliyinin irəli sürülməsi təsdiq olunmuş Mətləb Əzizulla oğlu Mütəllimlinin səlahiyyətli nümayəndəsi qeydə alınıb.


Beynəlxalq müşahidə missiyası və media nümayəndələrinin iştirak etdiyi iclasda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olub, cari məsələlərə baxılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.