Bu il martın 31-dən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Böyük Britaniyanın London şəhərində yerləşən Qatvik hava limanına uçuşlara başlayır.
Senzor.az bildirir ki, bu barədə AZAL-dan məlumat verilib.
Məlumata görə, AZAL Qatvik hava limanına uçuşları həftədə üç dəfə (bazar, çərşənbə və cümə günləri) həyata keçirəcək.
Qeyd edək ki, bir sıra aviaşirkətlər hava limanı rüsumlarının az olması və London şəhərinin digər hava limanı Hitrouda doluluq səbəbindən Qatvik aeroportuna yönəlirlər.
Londonun Hitrou Beynəlxalq Hava Limanına reyslər üçsinifli - ekonom, komfort-klub və VIP-klub - salonlarla təchiz edilmiş müasir “Boeing-787 Dreamliner” təyyarəsi ilə həyata keçirilir. Heydər Əliyev Beynəlxalq Aeroportundan Hitrou limanına uçuşlar həftədə üç dəfə - çərşənbə axşamı, cümə axşamı və şənbə - həyata keçirilir.
Xatırladaq ki, ən son AZAL Doha və Pekin şəhərlərinə yeni reyslərlə şəbəkəsini genişləndirmişdi.