"Qarabağ"ın qapıçısı Andrey Lunyov Bakıda polis bölməsinə niyə aparılıb?
KLUBDAN VƏ ÖZÜNDƏN AÇIQLAMA

“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyovun Bakıda polis bölməsinə aparılması barədə dedikləri ciddi rezonans doğurub.

 

Senzor.az bildirir ki, o özü hazırda Azərbaycandan kənarda istirahətdə olsa da, məsələ ilə bağlı “Qarabağ”ın mətbuat katibi Anar Hacıyev açıqlama verib.

 

“Lunyov Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb. Onlar hesab ediblər ki, Andrey yol hərəkəti qaydalarını pozub. Lunyov bununla razılaşmayıb və avtomobil qaydalarını pozduğunu ona sübut etmək üçün bölməyə dəvət edilib. Nəticədə Lunyov başa düşüb ki, o, həqiqətən də qaydaları pozub və bütün dünyada olduğu kimi cərimə ödəyib. Andrey özü də iddia edir ki, müsahibə verdiyi rusiyalı jurnalist onun dediklərini müəyyən qədər təhrif edib”, - deyə mətbuat katibi bildirib.

 

Bununla belə, “Qarabağ” təmsilçisi Lunyovla bağlı insidentin nə vaxt və harada baş verdiyini, hansı şöbəyə aparıldığını açıqlamayıb.

 

Xatırladaq ki, sovsport.ru-nun məlumatına görə, “Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov Azərbaycanda polis bölməsinə necə düşdüyü barədə danışarkən deyib: “Mən çoxdan adaptasiya olmuşam, axı Azərbaycan rus dilində danışa bilənlər ölkəsidir. Yerli sürücülük tərzinə alışmaq daha çətin idi.

 

Bir gün ailəmi ticarət mərkəzinə aparıb, getdim bazaya. Birdən yol polisi maşını məni saxladı. Dedilər ki, sən sürətlə sürürdün, tez-tez zolaqları dəyişirdin. O vaxt hələ də soyuqdəyməm var idi, elə bildilər ki, içmişəm, məni şöbəyə apardılar.

 

Nəticədə “Qarabağ”dan bir nəfərə zəng etdim, kömək üçün gəldi. Amma yenə də cəriməni ödəməli oldum”.

 

Qeyd edək ki, bu mövsüm Andrey klubunun heyətində 15 oyun keçirib, 14 qol buraxıb və yeddi dəfə qapısını toxunulmaz saxlayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.