Xalq artisti Zeynəb Xanlarova RTV-də qonaq olub və son günlər ünvanına səslənən tənqidlərə cavab verib.
Zeynəb Xanlarova haqsız hücumlara məruz qalmasından şikayətlənib. Xanəndə deyib ki, dilindən çıxmayan sözləri onun adına yazırlar: "Mən namuslu ailədən çıxmışam. Heç vaxt xalqımı, dövlətimi satmaram. İndi əleyhimə təbliğat aparırlar. Guya demişəm ki, uşaqpulu verilməsin, müəllimlərin maaşı artmasın. Belə yalan olar? Bu sözləri harada demişəm? Sübut eləyin ki, belə söz demişəm! Parlamentdə etdiyim çıxışlar arxivdə qalır. Qaldırıb baxın. Görün nə demişəm. Əksinə, demişəm ki, müəllim şabalıd satır. Əgər müəllimin durumu yaxşı olsa, bunu etməz. Uşağını dolandırmaq üçün şabalıd satır. O jurnalistlər belə yalan uydurmağı özlərinə necə rəva bilirlər? Bu günün sabahı da var. Sabahınızı fikirləşin. Bu adamlar o biri dünyada necə cavab verəcəklər?".
Zeynəb Xanlarova deyib ki, belə ucuz üsullarla onu xalqın gözündən sala bilməyəcəklər: Mən xalqımı sevirəm, xalqım da məni. 50 ildə yığdığım hörməti bir gündə yerə vura bilməzisiniz. Xalqıma, vətənimə bağlı adamam. Türkiyədə mənə heykəl qoymaq istəyirdilər. Amma qardaş öıkə olsa da, orada qalmadım. Xalqıma, vətənimə bağlı insanam. Xahiş edirəm, vicdanla danışın. Nadan adamların sözünə qulaq asıb ürək bulandırmayın. İstəmirəm ağzınızdan belə sözlər çıxsın. Axı mən sizi sevirəm...".
Həmin görüntüləri təqdim edirik: