"Azərbaycan COP29-u yüksək beynəlxalq standartlara uyğun səviyyədə keçirəcək" - SƏFİR

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müvafiq dövlət qurumları tərəfindən yüksək beynəlxalq standartlara uyğun səviyyədə keçiriləcək.


Yerli KİV xəbər verir ki, bu fikirlər Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədovun bu ölkənin “Svenska Dagbladet” qəzetində dərc olunan məqaləsində yer alıb.


Diplomat məqaləsində Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi ilə bağlı qərarın yekdilliklə qəbul olunduğunu və bunun Azərbaycan və Ermənistan arasında normallaşma istiqamətində müsbət irəliləyişlər fonunda baş verdiyini xatırladıb.


Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə COP29-a ilk hazırlıq iclasının keçirildiyi və müvafiq dövlət qurumları tərəfindən bu mötəbər tədbirin də ən yüksək beynəlxalq standartlara uyğun səviyyədə keçiriləcəyinə əminlik ifadə olunub.


Z.Əhmədov rəsmi Bakının yaşıl enerjiyə keçid istiqamətində atdığı ardıcıl addımlar, eləcə də Avropaya yaşıl enerji ixracı məqsədilə Azərbaycan və tərəfdaşları tərəfindən əsası qoyulmuş Qara dəniz sualtı elektrik xətti barədə məlumat verib.


Yazıda beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanın daha öncə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu, hazırda isə BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatında sədrlik etdiyi də diqqətə çatdırılıb.


Habelə, ölkənin Avroviziya mahnı müsabiqəsi, Avropa Oyunları, Avropa Liqasının finalı, Avropa futbol çempionatının görüşləri, Formula 1, Beynəlxalq Astronavtika Konqresi və s. kimi çoxsaylı mötəbər beynəlxalq tədbirlərə uğurla evsahibliyi etmək təcrübəsinin olduğu vurğulanıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.