İraq 2024-cü ildə ölkəyə neft məhsullarının idxalını tamamilə dayandırmağı planlaşdırır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İraq Neft Nazirliyinin rəsmi nümayəndəsi Asem Cihad deyib.
“2024-cü ildə İraq daha çox yerli istehsala əsaslanacaq və bir sıra neft emalı zavodları istehsala başladıqdan sonra neft məhsullarının idxalı tamamilə dayanana qədər onların səviyyəsində azalma olacaq”, - deyə nümayəndə bildirib.
Qeyd edək ki, İraq yerli bazar çatışmazlığını doldurmaq üçün bəzi neft məhsulları, o cümlədən təkmilləşdirilmiş benzin idxal edir.
Xatırladaq ki, İraqın baş naziri Məhəmməd Şia əs-Sudani ötən il aprelin 1-də hökumətinin idxaldan imtina etmək üçün neft emalı zavodlarının istehsal gücünün artırılması istiqamətində işlərə böyük əhəmiyyət verdiyini demişdi.