Bakı və Sumqayıtı birləşdirən yeni magistral inşa ediləcək

2027-ci ilin sonunadək paytaxtın şimal giriş-çıxış nəqliyyat probleminin əsaslı həll edilməsi məqsədilə Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası planlaşdırılıb.

 

Senzor.az bildirir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

 

Bakının xarici həlqəvi marşrutların tamamlanması və yarımadanın şimal-şərqindəki yaşayış məntəqələri ilə M-1, M-3 və M-4 avtomobil yolları arasında birbaşa magistral yol bağlantısının yaradılması məqsədilə “Xarici Dairəvi Yolu-Böyükşor-Ziya Bünyadov” həlqəvi marşrutunun, habelə “Lökbatan-Qobu-Xırdalan-Novxanı-Fatmayı-Pirşağı” kənar xarici həlqəvi yolunun və “Lökbatan-Xocasən-Binəqədi-Böyükşor-Sabunçu” xarici həlqəvi yolunun yaradılması nəzərdə tutulub.

 

“Zığ-Aeroport” şosesi vasitəsilə şəhərin şərq və şimal-qərb hissələrinin həlqəvi birləşmə marşrutunun tamamlanmasının təmin edilməsi, eləcə də strateji əhəmiyyətli obyekt olan Heydər Əliyev adına Beynəlxalq Hava Limanının Sumqayıt şəhəri ilə və M-1 “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi” avtomobil yolu ilə birbaşa nəqliyyat bağlantısının yaradılması məqsədilə “Xırdalan-M-1 avtomobil yolu-Digah-Zabrat-Hava Limanı” həlqəvi magistralın yaradılması nəzərdə tutulub.

 

Paytaxtın mərkəzi hissəsinin əlavə nəqliyyat yükündən qorunması, bu yükün mərkəzə daxil olmadan şəhərin şimal və şimal-qərb istiqamətlərinə doğru birbaşa hərəkətlərinin təmin edilməsi məqsədilə “Mehdiabad-Dərnəgül-Ziya Bünyadov-Keşlə-Babək prospekti-“Ağ şəhər”-Nobel prospekti” yeni diaqonal nəqliyyat marşrutunun yaradılması planlaşdırılıb.

 

Baş planla nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində 2040-cı ilədək Bakı şəhərində küçə-yol şəbəkəsinin uzunluğunun təqribən 368,7 km-dək artırılması, habelə küçə- yol şəbəkəsinin ümumi uzunluğunun 2300 km-dən 2668 km-ə, şəbəkənin orta sıxlığının isə 1,02 km/km2-dən 1,2 km/km2-ə çatdırılması planlaşdırılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.