Rusiya Ukrayna ərazisinə bir neçə istiqamətdən raket zərbələri endirib.
UNIAN xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.
Bildirilib ki, Rusiyanın Murmansk vilayətinin “Olenya” hərbi aerodromundan qaldırılan 9 “Tu-95MS” və 4 “Tu-22M3” bombardmançı təyyarələri Ukraynanı bombalayıb.
Rusiyanın Xəzər dənizindəki bazasından isə Ukraynanın paytaxtı Kiyevə “Kinjal” qanadlı raketi atılıb. Məlumata görə, Krivoy Roq, Xarkov, Lvov, Ternopol, Vinnitsin, Zaporojye, Çerniqov istiqamətində də raketlər buraxılıb.
Qeyd olunub ki, Rusiya hərbçilərinin atdığı raketin Zaporojyedə yaşayış ərazisinə düşməsi nəticəsində 2 nəfər yaralanıb, Krivoy Roqda isə raketin ticarət mərkəzlərindən birinə düşərək yanğın yaranıb, ciddi xəsarət baş verib.
Rusiyanın raket hücumu ilə əlaqədar bütün Ukrayna ərazisində hava həyəcanı elan olunub.
Bu arada TASS da maraqlı məlumat yayıb. Qeyd olunub ki, Rusiyanın Hava Hücumundan Müdafiə Sistemləri Belqorod vilayəti üzərində Ukraynanın quru hədəfləri vurmaq üçün nəzərdə tutulan “S-200” zenit raketini zərərsizləşdirib.