Ermənistanın dövlət qurumları paytaxt İrəvan şəhərindən kənara köçürüləcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın ədliyyə naziri Qriqor Minasyan deyib.
Onun sözlərinə görə, İrəvan ətrafında hökumət məhəlləsi inşa olunacaq.
"Dövlət strukturlarının paytaxtdan kənara köçürülməsi mərkəzin yüklənməsini azaltmağa və dövlət binalarından kommersiya məqsədilə istifadə etməyə imkan verəcək", - o deyib.
Qeyd edək ki, Ermənistanda ilkin olaraq Ədliyyə Nazirliyi, Baş Prokurorluq və digər müvafiq strukturların İrəvandan köçürülməsi nəzərdə tutulurdu. Lakin daha sonra Paşinyan hökuməti digər qurumları da paytaxtdan kənara köçürməyə qərar verib.