Yəhudi din xadimləri BMT TŞ-də aksiya keçirdilər

Bir qrup yahudi din xadimi (ravvin) BMT-nin Nyu-Yorkdakı qərargah binasında, Təhlükəsizlik Şurasının (TŞ) iclaslarının keçirildiyi zalda etiraz aksiyası keçirib.

 

"Report" xəbər verir ki, BMT-ni gəzmək üçün tur qeydiyyatdan keçən 30-dan çox ravvindən ibarət qrup səhər saatlarında təşkilatın binasına gəlib. Onlar Təhlükəsizlik Şurasının otağında heç bir iclasın keçirilməməsindən istifadə edərək, Qəzzada davam edən münaqişənin dayandırılması üçün atəşkəs çağırışı ilə etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları ictimai tədbirlər üçün qapalı olan otaqda yüksək səslə dualar oxuyub və atəşkəsə dəstək şüarları səsləndiriblər. Təhlükəsizlik xidmətinin əməkdaşları din xadimlərini BMT-nin binasından uzaqlaşdırıblar.

 

Qrup daha sonra BMT-nin əsas qərargah binası qarşısına toplaşaraq, atəşkəs tələblərini təkrarlayıb.

 

Qeyd edək ki, ötən ay Təhlükəsizlik Şurasında Qəzzada atəşkəs tələb edən qətnaməyə veto qoyulub. Şuranın 15 üzvündən 13-ü qətnamənin lehinə səs verib, Böyük Britaniya isə bitərəf qalıb. Həmçinin keçən ay Şurada Qəzzaya humanitar yardımın artırılmasını nəzərdə tutan qətnamədən imtina edilib. Belə ki, ABŞ hərbi əməliyyatların dayandırılmasını tələb edən Rusiya tərəfindən düzəlişə veto qoyduqdan sonra rəsmi Moskva səsvermədə bitərəf qalıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.