FIFA “FIFA series” adlanan yeni layihəyə start verir.
Senzor.az bildirir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Qeyd olunub ki, yeni layihəyə əsasən, təqvimdə olan rəsmi yoldaşlıq oyunlarının əvəzinə fərqli konfederasiyalardan A milli komandalarının iştirakı ilə miniturnir təşkil olunacaq.
Müxtəlif qitələrdə keçiriləcək və dörd komandanın qatılacağı ilk belə yarışlardan birinin mart ayında Bakıda təşkili nəzərdə tutulub. Avropadan Azərbaycanla yanaşı, Bolqarıstan, Afrikadan Tanzaniya, Asiya qitəsindən isə Monqolustan milli komandaları turnirdə mübarizə aparacaqlar. İlk dəfə təşkil olunacaq turnir barədə ətraflı məlumat (təqvim, püşk, stadionlar və s.) daha sonra veriləcək.
AFFA ali futbol qurumunun yeni layihəsini dəstəkləyib və təşkilati işləri yüksək səviyyədə həyata keçirəcəyini bildirib.