General Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin edilib - FOTO
YENİLƏNİB

General Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin edilib.


Senzor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.


Məlumata görə, Mirzəyev Hikmət İzzət oğlu 11.01.2024-cü il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib.


General-leytenant Mirzəyev Hikmət İzzət oğlu 29 fevral 1968-ci ildə Biləsuvar şəhərində anadan olub.


1989-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirdikdən sonra SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri vəzifəsində xidmətə başlayıb.


1992-1998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində bölük, tabor, əlahiddə xüsusi təyinatlı tabor və briqada komandiri vəzifələrində xidmət edib.


1997-1998-ci illərdə Türkiyə Respublikasının Quru Qoşunları Hərbi Akademiyasında təhsil alıb.


1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2014-cü ildən isə Xüsusi Təyinatlı Qüvvələr komandanı vəzifəsinə təyin olunub.


Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.


Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara, orden və medallara layiq görülüb.


Azərbaycan Respublikası Prezidentinin 01.01.1994-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni, 24.06.2003-cü il tarixli Sərəncamı ilə "İgidliyə görə" medalı, 21.06.2007-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 24.06.2015-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 09.12.2020-ci il tarixli Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" medalı, 24.12.2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, 25.12.2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı, 24.06.2021-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı, 07.11.2023-cü il tarixli Sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif olunub.


Ailəlidir. İki övladı var.

**12:30

General-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı təyin edilib.

 

Pravda.az xəbər verir ki, bu barədə müvafiq Sərəncam imzalanıb.

 

Bundan əvvəl eyni vəzifəni icra edən general-leytenant Ənvər Əfəndiyev isə ehtiyata buraxılıb.

 

“Qafqainfo” xatırladır ki, 56 yaşlı Hikmət Mirzəyev bu təyinata kimi Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı idi.

 

Aprel döyüşlərinin və Vətən müharibəsindəki döyüş əməliyyatlarının əsas hərbi rəhbərlərindən olan Mirzəyev bir neçə rayonun işğaldan azad edilməsinə komandanlıq edib.

 

Vətən müharibəsinin gedişində Prezident İlham Əliyev ona general-leytenant rütbəsi verib. Sonradan “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.