İsrail 2023-cü ilin oktyabrında HƏMAS qruplaşmasının hücumu zamanı əsir götürülən girovlar üçün yaxın günlərdə Qəzza zolağına tibbi ləvazimat göndərəcək.
Bu barədə “Tayms of İsrail” İsrailin baş naziri Binyamin Netanyahunun ofisinə istinadən məlumat yayıb.
Netanyahu MOSSAD direktoruna dərmanların çatdırılmasını təmin etmək üçün Qətər nümayəndələri ilə işləməyi tapşırıb.
Bildirilib ki, Qətər Qəzza zolağında girovlara reseptlə satılan dərmanların çatdırılması üçün HƏMAS ilə yüksək səviyyəli danışıqlar aparır, həmçinin İsraillə anklav sakinlərinə tibbi ləvazimatların çatdırılması üçün danışıqları davam etdirir.
Qeyd edilir ki, hazırda Qəzza zolağında 120-dən çox israilli girov var.