Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Şimali İraqda həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində PKK/KCK terror təşkilatı üzvü Həsən Seburi zərərsizləşdirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə təhlükəsizlik mənbələrindən məlumat verilib.
“Redur Baz” kod adlı silahlı Süleymaniyyə rayonunda zərərsizləşdirilib.
Bildirilib ki, terrorçu Türkiyə ilə bağlı kəşfiyyat toplayır və müşahidə aparırmış. O, əvvəllər bunun üçün xüsusi təlim keçib.
H.Seburi qruplaşmaya keçən il İranda qoşulub.