Bu gündən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılır.
Senzor.az bildirir ki, təşviqatın aparılması fevralın 6-sı saat 8:00-da dayandırılacaq.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə namizədliyi qeydə alınan aşağıdakı 7 nəfər mübarizə aparacaq:
1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev
7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.