"Türkiyə separatçı terror təhlükəsini mənbəyində qurudacaq".
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
"620 mindən çox suriyalı terrordan azad edilən ərazilərə qaytarılıb. Sərhədlərimizdən kənarda hərbi mövcudluğumuz həm ölkəmizin, həm də vətəndaşlarımızın təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir. Türkiyə separatçı terror təhlükəsini mənbəyində qurudacaq. Ölkəmizin belə bir fəlakətlə üzləşməsinə icazə verə bilmərik", - o qeyd edib.
Türkiyə lideri əlavə edib ki, ilin əvvəlindən polis və jandarma bölmələrinin keçirdiyi əməliyyatlarda terrorla əlaqəsi olan 465 nəfər saxlanılıb: “Təkcə son 5 gündə Suriya və İraqda terrorçulara qarşı həyata keçirdiyimiz hava əməliyyatları nəticəsində 114 hədəf vurulub, 78 terrorçu zərərsizləşdirilib”.