“Azərbaycan və Ermənistan son bir ildə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə ediblər”.
Senzor.az bildirir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.
“Biz Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması istiqamətində görülən işləri alqışlayırıq. Biz hər iki ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Ümid edirik ki, onlar bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyan davamlı sülh müqaviləsi imzalayacaqlar və bu nə qədər tez olsa, bir o qədər yaxşıdır”, - deyə o vurğulayıb.